26.05.2020 15:34:50

4687

Ülvin Məhəmməd

Vətəndən uzaq 4 pakistanlı – Yaxud Azərbaycan qonaqpərvərliyi

 

 “Allaha da qurban olum, qonağına da”, "Qonağın gözüm üstə yeri var” . Bu kimi ifadələr çoxlarımızın dilinin əzbəridir. Çünki Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Və bu xüsusiyyətinə görə digər xalqlardan çox fərqlənir. Bu fərqliliyi dünyanı bürümüş koronavirus dalğası zamanı bir daha hiss etdik.

Bildiyimiz kimi dünyanın bir çox yerində soydaşımız var.

 

 Onların son vaxtlar sosial şəbəkələrdə paylaşımlarından belə anlaşılır ki, hansısa həmyerlimiz aclıqla üzləşdikdə onlara yaşadıqları ölkənin yerli xalqları tərəfindən hansısa köməklik edilmir. Belə vəziyyətdə də, yenə köməklərinə həmyerliləri – azərbaycanlılar gəlir.

 

Çünki biz insansevər, qonaqpərvər xalqıq. Qonaqpərvər elimizdə qonağa o qədər dəyər verilir ki, qonaq gələndə həyətdə saxlanılan yeganə heyvan kəsilir, evdə xüsusi qonaq otağında onun qayğısına qalınır, ən yumşaq, rahat döşək və mütəkkələr qonaq üçün saxlanılır, ən ləziz və dadlı yeməklər qonağa hazırlanır. Evinə gələn, qapısını açan qonağa şirin sözlə, gülər üzlə davranaraq, xoş münasibət göstərmək, qonağı qapıda qarşılayaraq əzizləmək, gedəndə həyət qapısından yola salmaq, qonağa ayrılan otaq və əşyaların təmiz, səliqəli olmasına diqqət etmək, "xoş gəldiniz” kimi sözlərlə qarşılamaq xalqımızın keçmişdən bu günədək qoruyub saxladığı qonaq qarşılama adət-ənənəsinin ən gözəl nümunələrindəndir.

Belə nümunələrdən birinə də bu həftə ərzində şahidi olduq. ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişinə müraciət edən həmyerlimiz qonşuluğunda 4 nəfər gənc pakistanlının kirayə qaldığını, Covid-19 səbəbindən karantinlə bağlı  öz ölkələrinə gedə bilməmələrindən, maddi durumlarının olduqca aşağı olmasından, bir tikə çörəyə möhtac olduqlarından bəhs etdi.

 

 

Təbii ki, damarında azərbaycanlı qanı axan hər bir kəs ölkəsində qərib vətəndaşların ac olmasına biganə qala bilməz. Hətta istəsək belə, biz onu bacarmarıq. Çünki bu xüsusiyyət bizim genimizdə, ruhumuzdadır. Əcdadlarımızdan qalan qonaqpərvərlik hissi bu məqamda bizim vicdanımızı silkələyir ki, “dayanma hərəkətə keç və kömək et”.

Hərəkətə keç demişkən, pakistanlıların ağır vəziyyətdə olduqları efirdə səsləndirildiyi an verilişin aparıcıları Elgiz Əkbər, Pərvanə Tahirqızı ilə yanaşı ekspertlər də bu 4 pakistanlıya hansı yolla olur-olsun kömək edilməsini vurğuladılar. Əlbəttə, Pakistan İslam Respublikası Azərbaycanın Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olmasından savayı, hər zaman ölkəmizin yanında olub. Ona görə yox ki, vaxtilə tanınmış xeyriyyəçi Hacı Zeyalabdin Tağıyev Pakistana böyük yardım edib. Ona görə ki, dinimiz birdir, ona görə ki, Azərbaycanla Pakistan arasında sıx iqtisadi, siyası, mədəni, ən əsası isə dostluq əlaqələri var.

 

 

Əlqərəz, 4 nəfər pakistanılının ölkəmizdə ac qalmaları barədə xəbər açıqlanandan dərhal sonra “Elgizlə izlə” verilişi hərəkətə keçdi. Verilişdə aparıcı və ekspertlərin xalqa müraciətinə isə dərhal reaksiya verildi. İnsanlar ərzaq payından tutmuş, nəğd pula, hətta televizor, soyuducuya kimi yardım etdilər. Ki, qardaş ölkənin vətəndaşları Azərbaycan xalqının nə boyda ürəyə sahib olduğunu, ən çətin vaxtda belə bir yerdə olduğumuzu görsün. Elə, gördülər də. Efirə edilən zənglər, göndərilən yardımlar, nəğd formada verilən pullar həmin pakistanlıların üzünü sevindirdi. Təbii ki, təşəkkür etməklə bu sevinci tamaşaçılarla bölüşdülər.

Müqəddəslərdən biri buyurub : “Hər kəs bir müsəlmanın qarnını doyuzdursa, qiyamət günündə onun savabının nə qədər olacağını Allah-taaladan başqa heç kəs bilməz”.

 

 

Bəli, bu dəfə missiya ARB televiziyası və “Elgizlə izlə” verilişinin boynuna düşdü. Onlar isə bu missiyanı lazımından da artıq dərəcədə yerinə yetirdilər. Təbii ki, bu işdə televiziya ilə yanaşı Azərbaycan xalqının da dəstəyi danılmazdır. Düzdür, bu kimi işlərdə televiziya bir vasitəçidir. Amma hər televiziya, yaxud onun verilişi bu kimi məsələlərə belə həssaslıqla yanaşmır.  

 

Hörmətlə: Ülvin Məhəmməd 

 


Artar’dan İnsan Hakları ve Demokrasi Günü Mesajı
Damat’tan İnsan Hakları ve Demokrasi Günü Mesajı
Postacı'dan İnsan Hakları Ve Demokrasi Günü Mesajı
Özyolcu'dan İnsan Hakları Ve Demokrasi Günü Mesajı
Milli Eğitim’den TÜRAM’a Büyük Destek
Avrupa’nın En İyi Takımı Seçildi
Balıkçı Kenan Ekrem İmamoğlu’na Meydan Okudu (GÖRÜNTÜLÜ HABER)
Başkan Acar'dan Çağrı
Başkanlık’tan Çeteye Büyük Darbe
Aybastı'nın Çilesi Sonamı Eriyor…
ALANYANIN TEMİZLİĞİ KADINLARIMIZA EMANET
Başkanlık Propagandacıların İddiasını Yalanladı
Cumhurbaşkanı Erdoğan’dan Tam Destek
Gençlere Destek Yolunda Akademi
Sosyal Belediyecilikte Örnek Uygulama
Farkındalık Söyleşisine Yoğun İlgi
Kadınlara Örgü Kursu Desteği
Çölyak Hastalarına Glütensiz Destek
Yeni Şarkısıyla Dikkatleri Üzerine Çekti
İşsizlik Ekim Ayında Arttı
Türk Mobilya Sektörü Hindistan Pazarında…

YAZARLAR

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.